Rusiya “Türk axını” layihəsi üzrə müzakirə prosesinin tezliklə yenilənməsini gözləyir

Rusiya “Türk axını” layihəsi üzrə müzakirə prosesinin tezliklə yenilənməsini gözləyir

Rusiya "Türk axını” qaz boru kəməri layihəsi (Turkish Stream) üzrə müzakirə prosesinin tezliklə yenilənməsini gözləyir.

Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən edilən şərhdə deyilir. Bildirilir ki, Qara dəniz və Türkiyə üzərindən həyata keçirilməsi planlanlaşdırılan "Türk axını” layihəsi iki ölkə əlaqələrinin prioritetləri arasındadır. "Türk axını” layihəsinin ilk xəttinin tikintisi və istifadəsi üzrə şərtlərin müəyyənləşdirilməsi üçün müqavilələrin tam, ardıcıl və vaxtında həyata keçirilməsinin ifadə edildiyi şərhdə deyilir: "Müzakirə prosesinin bir an əvvəl yenilənməsini gözləyirik. Hökumətlərarası razılaşmanın layihəsi isə maydan etibarən araşdırılmaq məqsədilə Türkiyə tərəfindədir”.

Şərhdə iki ölkə arasındakı ticarət həcminin böyüdülməsinin və Türkiyədən qida idxalının artırılmasının planlaşdırıldığı qeyd edilib.

"Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə ümumilikdə 4 kəmərin 11,4 milyard avro dəyərində olduğu bildirilir.

Xatırladaq ki, ötən günlərdə Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müşavirinin müavini Səfa Sadiq Aytəkin "Türk axını” layihəsi ilə bağlı Rusiya tərəfi ilə danışıqlar dayandırıldığını, "Qazprom” şirkətinin vitse-prezidenti Aleksandr Medvedev isə qaz boru kəmərinin çəkilişinin təxirə salındığını açıqlayıblar.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az