Rusiya və ABŞ raket müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb

Rusiya və ABŞ raket müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb
Rusiyanın Xarici İşlər Nazirliyi 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OQMR) ABŞ-ın təşəbbüsü ilə avqustun 2-dən qüvvədən düşdüyünü rəsmən açıqlayıb.

"Report” bu barədə TASS-a istinadən xəbər verir.
ABŞ-ın dövlət katibi Maykl Pompeo bu məsələ ilə bağlı "Twitter”də şərh yazıb: "Fevralın 2-də ABŞ OQMR-ə dair müqavilənin icrasına qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Rusiya bundan imtina etdi, odur ki, müqaviləyə bu gündən xitam verilir. Başqalarının pozduğu müqavilədə ABŞ iştirak edəcək deyil”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az