Rusiyada azərbaycanlı iş adamı güllələnərək qətlə yetirildi (FOTO)

Rusiyada azərbaycanlı iş adamı güllələnərək qətlə yetirildi (FOTO)

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Miq.Az "Report”a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib. R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. 

İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

Faktla bağlı araşdırma aparılır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az