Rusiyada müəmmalı olay: "Lukoyl"un vitse-prezidenti özünü asdı

Rusiyada müəmmalı olay:
"Lukoyl" şirkətinin vitse-prezidenti Vitaliy Robertus iş kabinetində özünü öldürüb.
Bakupost.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, boğulmadan ölüb. Güman olunur ki, Robertus özünü asıb.
Bundan əvvəl 53 yaşlı kişi səhhətindən şikayət edib və başı ağrısı üçün həb istəyib. Sonra o, öz kabinetinə gedib və bir neçə saat oradan çıxmayıb, həmçinin telefon zənglərinə cavab verməyib. İşçilər onun kabinetinə girib və meyitini aşkar ediblər.
Şirkət martın 12-də onun ölüdüyünü elan edib, lakin səbəbini açıqlamayıb.
Robertus şirkətdə 30 il çalışıb.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında "Lukoyl” neft şirkətinin direktorlar şurasının sədri Ravil Maqanov Moskvada dünyasını dəyişib. O, Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az