Rusiyada Putinin hüquqlarını məhdudlaşdırmaq istəyirlər

Rusiyada Putinin hüquqlarını məhdudlaşdırmaq istəyirlər
"Yabloko" siyasi partiyasının fraksiyaları üç regional qanunverici iclasda prezidentin hərbi qüvvəni xaricdə istifadə etmək hüququnu məhdudlaşdıran qanun layihəsi təklif edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Dojd" məlumat verir.
Partiya tərəfindən təklif olunan düzəlişlərdə deyilir ki, Rusiya silahlı qüvvələrinin ölkə xaricində operativ istifadə müddəti 60 gündən, qeyri-operativ isə bir ildən çox olmamalıdır.
Prezident istifadə müddətlərini uzatmaq uçun Federasiya Şurasına müraciət etməlidir. Düzəlişlərin Müdafiə haqqında qanuna daxil edilməsi planlaşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az