Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "Red Wings” aviaşirkətinin Azərbaycana 4 marşrut üzrə uçuş icazəsini geri çağırıb.

Miqaz Trend-ə istinadən xəbər verir ki, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Kazan-Bakı, Samara-Bakı, Voronej-Bakı və Ufa-Bakı reyslərinə icazə ləğv edilib.

Bu qərara icazənin daşıyıcı tərəfindən müstəqil şəkildə geri çağırılması səbəb olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az