Rusiyadan daha bir Qarabağ - Çağırışı
Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəsə ciddi şəkildə riayət etməyə çağırır.
Report TASS-a istinadən xəbər verir ki, bunu o, ATƏT-in Daimi Şurasının regiondakı vəziyyətə həsr olunmuş xüsusi iclasında bildirib.
"Tərəfləri atəşi dərhal və tam dayandırmağa və gələcəkdə təmkinlilik nümayiş etdirməyə çağırıram", — deyə o qeyd edib.
Lukaşeviç, həmçinin əlavə edib ki, yaranmış atəşkəs rejiminə ciddi şəkildə əməl olunmalıdır.
Miq.az