Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
Rusiyanın Azərbaycandakı səfirliyində Kemerovoda baş vermiş yanğında həlak olanları anmaq məqsədi ilə xatirə kitabı açılıb. 

Rusiya səfirliyindən  verilən məlumata görə, xatirə kitabı martın 28-də saat 15.00-dan 18.00-dək, 29-da isə saat 10.00-dan 13:00-dək və 15:00-dan 18.00-dək açıq olacaq.
Martın 28-də saat 15:00-dan 18:00-a qədər, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər kitaba başsağlığı diləklərini qeyd etmək olar. Səfirlikdən onu da bildiriblər ki, matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.
Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub. Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az