"Rusiyanın daha 14 gün döyüşməyə gücü var" - Britaniya kəşfiyyatı


Rusiya ilə Ukrayna arasında gedən müharibənin 20-ci günündə İngiltərə kəşfiyyat mənbələrindən təəccüblü bir iddia irəli sürülüb.

"Unikal" xəbər verir ki, iddialara görə, Britaniya təhlükəsizlik mənbələri Rusiya ordusunun tam gücü ilə döyüşməsi üçün 10-14 gün qaldığını bildirib.

Son dövrlərdə Xarkov başda olmaqla bir çox şəhərə hücum edən və mülki insanları hədəf almaqla günahlandırılan Rusiyanın gücünün azalmağa başladığı qeyd olunub. 

Rusiyanın həm Ukrayna daxilində müqaviməti, həm də ABŞ və Aİ başda olmaqla qərb ölkələrinin sanksiyaları ilə üzləşməsi ilə müharibənin uzandığı və Moskvanın planlardan geri qaldığı bildirilib.

Gülayə Mecid  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az