Rusiyanın Ermənistandakı bazasında 1500 hərbçi dəyişdiriləcək

Rusiyanın Ermənistandakı bazasında 1500 hərbçi dəyişdiriləcək
Rusiyanın Ermənistandakı bazasında hərbçilərin ilk partiyası Cənub Hərbi Dairəsinin (CHD) hərbçiləri ilə əvəz edilib.

Оxu.Az bu barədə CHD-yə istinadən xəbər verir.
"Dekabrın əvvəlinə qədər təqribən 1,5 min əsgər və çavuşun əvəz edilməsi planlaşdırılır. Hərbçilər Ermənistanın Gümrü şəhərindən Moskva, Sankt-Peterburq, Rostov, Krasnodar, Mineral Sular, Samara, Yekaterinburq, Novosibirsk və Xabarovsk şəhərlərinin iri beynəlxalq hava limanlarının əsas marşrutları üzrə uçan mülki aviasiya təyyarələri ilə yola salınacaq", - məlumatda deyilir.
Qeyd olunur ki, Ermənistanın hərbi bazasına mübadilə üzrə gələn hərbçilərin 50%-dən çoxu hazırlıqlı mütəxəssislərdir. 


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az