Rusiyaya iş dalınca gedənlərə pis xəbər

Rusiyaya iş dalınca gedənlərə pis xəbər
Rusiya mediasında "Azərbaycanlılardan ibarət mafiya yerli sakinlərə hücum etdi”, "Özbək miqrant metroda polisi döydü” kimi yazılara tez-tez rast gəlinir. Sankt-Peterburqda polisin azərbaycanlıların toyuna, Voronejdə ad günü məclisinə basqın etməsi də yadımızdadır. 

Rusiyada elə təəssürat yaradılıb ki, sanki bütün cinayətləri miqrantlar törədir. İndiki şəraitdə miqrantlara qarşı bu cür rəftar təəccüb doğurur. Məlumdur ki, on illərdir azərbaycanlılar Rusiyaya iş dalınca axışır.

Yenisabah.az-ın məlumatına görə, miqrantlarla bağlı qanunun sərtləşdirilməsi azərbaycanlıların da işini çətinləşdirəcək.

Ətraflı İTV-nin süjetində: 
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az