Rövşən Lənkəranskinin qardaşı "Lotu Quli"nin ölümünə görə AXTARIŞA VERİLDİ

Rövşən Lənkəranskinin qardaşı

"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfərin işi məhkəməyə göndərilib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, "Lotu Quli”nin qətli üçün təlimat verdiyi müəyyən edilən Namiq Canıyev və onunla birgə hərəkət etdiyi bildirilən 4 əcnəbiyə qarşı İstanbul, İzmir, Ərzurum və Kocaelidə əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı şübhəlilərdən N.A, C.K, E.A. və M.Y. saxlanılıb. Namiq Canıyevin isə axtarışları davam edir.

Digər tərəfdən şübhəlilərin "Lotu Qulİ”nin qətlindən sonra oteldən qaçma anı kameralara düşüb. Türkiyə mediasında yer alan xəbərə görə, Nadir Səlifovun digər azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin qətlində "təhrikçi” olduğu bildirilir.

Hazırda axtarışları davam edən Namiq Canıyev mərhum avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qardaşıdır.

Qeyd edək ki, "Lotu Quli” 2020-ci il avqustun 20-də Antalyadakı bir oteldə qətlə yetirilib.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az