Rövşən Rzayevə məcburi köçkündən MÜRACİƏT : "Evimiz yandı, cənab cədr!!!"

 Rövşən Rzayevə məcburi köçkündən MÜRACİƏT :

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə

                                          
Dövlət Komitəsinin sədri Rzayev Rövşən Şükür oğlu
                                  
Surəti:  Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət  
                                                  
Komitəsinin Sumqayıt şəhər Sektorunun müdiri                        
                                              E.Mikayılova

Füzuli rayonu, Yuxarı Veysəlli kəndindən məcburi köçkün, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, barak 12, mənzil 2-də məskunlaşmış, hal-hazırda Sumqayıt şəhəri, 5-ci məh, ev 13/34, mən 3-də kirayədə yaşayan Səfərov Əfəd Abdulla oğlu tərəfindən
 
MÜRACİƏT

Cənab Sədr! 26.02.2017-ci ildə məskunlaşdığım barak tipli evdə baş verən yanğından sonra ev yararsız vəziyyətə düşüb. Bu barədə Azərbaycan Respublikası FHN-in DYNX-in Sumqayıt RDYNİ-nin 03.04.2017-ci il tarixli 31/00478 № aktı da var. Yanğından sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etmişəm. Komitənin məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynovun mənə ünvanladığı 30.03.2017-ci il tarixli 01/2349, 11.04.2017- ci il tarixli 01/2882, 12.05.2017-ci il tarixli 01/4036 №-li cavablarda məsələyə baxılacağı barədə bildirilsə də, bu günə qədər heç bir nəticə yoxdur.

Cənab Sədr! 10 nəfərlik ailə üzvlərimlə birlikdə iki otaqlı mənzildə çox acınacaqlı vəziyyətdə yaşayırıq. Qohumlarımız da məcburi köçkün olduqlarından heç kimin yanına sığına bilmirik. İki oğlum Vətən qarşısında borcunu verib, üçüncü oğlum hərbi xidmətə hazırlaşır. İki uşağım imkansızlıq üzündən təhsildən kənarda qalıb. Kirayə haqqını belə ödəyə bilmirik. Özüm  asma xəstəsi olduğum üçün əmək qabiliyyətim yoxdur.

Cənab Sədr! Bu müraciəti Sizə böyük ümidlərlə göndərirəm. İnaniram ki, Siz  müraciətimi cavabsız qoymayacaqsız. Cənab Rövşən müəllim, Sizdən mənim tezliklə mənzillə təmin olunmağım barədə göstəriş verməyinizi və məni bu çətin vəziyyətdən qurtarmağa kömək etməyinizi xahiş edir, qabaqcadan Sizə öz minnətdarlığımı bildirirəm.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az