"Röyters": Ərdoğanla Bayden sabah görüşəcək - F-16 və...


"Röyters" agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün sabah baş tutacağı barədə xəbər yayıb.

Miq.Az xəbər verir ki, məlumatda G-20 sammiti çərçivəsində Romada olan iki liderin sabah bir araya gələcəyi vurğulanır.

Görüş zamanı Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq, F-16 qırıcılarının satışı məsələlərinin müzakirə olunacağı bildilir.

Agentlik iddia edir ki, Bayden görüşdə böhran və düşüncəsiz addımların ABŞ-Türkiyə münasibətlərinə fayda verməyəcəyini bəyan edəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az