Rza Zərrab yenidən həbs oluna bilər
Vətəninfo.az xəbər verir ki, əslən Güney Azərbaycandan olan və hazırda Türkiyədə geniş biznes şəbəkəsinə malik,eyni zamanda məşhur türk müğənnisi Ebru gündəşin həyat yoldaşı Rza Zərrab yenidən həbs edilə bilər.
Məlumata görə, türkiyə Respublikası Gömrük Nazirliyi 11 ay əvvəl hazırladığı protokolda Rza Zərrabın sahibi olduiğu şirkətlərin hazırda İran İslam Respublikasında dövlətin 2 milyard 8 yüz milyon dollar vəsaitini mənimsənilməsi iddiası ilə həbsdə olan Babək Zəncaninin şirkətlərinə həm nəğdi pul,eyni zamanda da külçə qızl göndərdiyi qeyd edilib. Nazirliyin hazırladığı protokolda "aparlıan araşdırmalarla Babək Zəncani və firmaları ilə Rza Zərrab və firmaları arasında ticari münasibətlər olduğu aşkar edilmişdir”-fikri qeyd edilib.
Qeyd edək ki, Türkiyədə hökumətdə təmsil olunan bəzi nazirlərə rüşvət vermə və Türkiyəyə qeyri-qanuni yollarla külçə qızıl gətirmə iddiaları ilə həbs edilən Rza Zərrab istintaqa verdiyi ifadəsində qeyd etmişdi ki, o hər hansı bir nazirə rüşvət verməməklə yanaşı, ölkəyə qeyri-qanuni yollarla qızıl gətirilməsi ilə bağlı da ona yönələn iddiaları rədd edir. Məlumata görə, 11 ay əvvəl hazırlanan protokol Gömürük Nazirliyində bu günə kimi gizlədilib və hazırlanan protokol Rza Zərrab həbs edildiyi müddətdə istintaqa təqdim edilməsi dolayısı ilə əngəllənib.Amma qardaş ölkədə keçirilən parlament seçkilərində 11 ildir təkbaşına iqtidar olan AKP-nin seçkidə yenidən təkbaşına iqtidar olma imkanlarını itirdikdən sonra, hazırlanmış protokol nazirlikdəki müəyyən adamlar tərəfindən mediaya sızdırılıb. Məlumata görə mətbuatda yayımlanan protokolun ardından Rza Zərrabla bağlı bir müddət başlatılan və tez bir zamanda istintaq başa çatdırılaraq iş adamının azadlığıa çıxmasına səbəb olan istintaq yenidən başlaya bilər.
Məlumata görə, Rza Zərrabı yenidən həbs gözləyir.
Vətəninfo.az