Saakaşvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq
Ukraynanın Sərhəd Xidməti Mixeil Saakaşvili ilə bağlı qərar verib.
Modern.azxarici mediaya istinadən xəbər verir ki, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin 2021-ci il, fevralın 13-dək ölkəyə girişini qadağan edilib.
Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.
M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.
Miq.az