Sabah Azərbaycana qar yağacaq
Martın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Günün ikinci yarısında yağış kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-5 gündüz 6-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Miq.az