Sabah Azərbaycanda 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq – PROQNOZ
Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən xəbərə görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, dağlarda gecə 15-20°i, gündüz  27-32° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az