Sabahdan ail təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır
Sabahdan etibarən 2015/2016-ci tədris ilində ail təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayacaq.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş
qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin
ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin
qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc
olunub).
Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin
siyahısı avqustun 14-də "Abituriyent” jurnalının 8-ci sayında dərc
olunacaqdır.
Qeyd edək ki, TQDK avqustun 12-də 2015/2016-cı tədris ili üçün
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin
nəticələrini elan edib.
Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək
sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan
keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi
kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə
göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak
edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.