“Sabahkı ziyafətdə Paşinyan üçün bütün qida və içkilər xaricdən gətiriləcək...”-“Hraparak”
"Və belə bir misli görünməmiş təhlükəsizlik tədbirləri görən, cəmi bir neçə yüz metr məsafəni yüzlərlə polis və təhlükəsizlik əməkdaşının müşayiəti altında qət edən bu adam seçki kampaniyası aparacaq...”
"Məlumata görə, bu gün(16 aprel) səhər saatlarında Nikol Paşinyanın təhlükəsizlik əməkdaşları, bir müddət öncə Ərazi İdarəetmə Nazirliyinə səfəri zamanı olduğu kimi, Polis İdarəsindəki otaqları itlərin iştirakı ilə bir-bir yoxlayıblar. Daha sonra bununla kifayətlənməyərək işçiləri otaqlardan çıxardaraq qapıları kilidləyib açarları götürüblər və giriş-çıxışı tamamilə qadağan ediblər”.
Moderator.az xəbər verir ki, bunu sabah – aprelin 17-ə nəzərdə tutulmuş Ermənistan polisinin 103 illiyinə həsr olunmuş tədbirlə bağlı baş nazir Paşinyanın təşkil etdiyi misli görünməmiş təhlükəsizlik tədbirlərini təsvir edən "Hraparak” qəzeti yazıb.
"Üstəlik, 4-cü mərtəbədə, Polis rəisinin kabinetinin yanındakı foyedə əlamətdar gün münasibətilə veriləcək ziyafət üçün bütün qidalar, xörəklər və içkilər xaricdən gətiriləcək.
Və belə bir misli görünməmiş təhlükəsizlik tədbirləri görən, cəmi bir neçə yüz metr məsafəni yüzlərlə polis və təhlükəsizlik əməkdaşının müşayiəti altında qət edən bu adam seçki kampaniyası aparacaq. Yeri gəlmişkən, sabah Paşinyan Ermənistan Polis rəisi Vaqe Qazaryana general rütbəsi verəcək” –erməni nəşri belə yazır.
Sultan Laçın