Sabiq nazir Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabiq nazir Mübariz Mənsimovun müdafiəsinə qalxdı

"Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovla bağlı son xəbərlər milyonlarla insanı üzdü. Heç kim onun həbs edilməsinə inanmır. Bilirlər ki, ortada qondarma iş var. Həqiqət öz əksini tapacaq”.

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə həbs edilməsindən danışarkən deyib.

F. Cəlilov M. Mənsimovun minlərlə insana yardım etdiyini, minlərlə tələbəni oxutdurduğunu, çoxlu sayda xəstə insanların müalicəsinə maddi köməklilər göstərdiyini, ona müraciət edən insanları ağır vəziyyətdən çıxardığını xatırladaraq deyib ki, "Palmali” şirkətində on minlərlə insan işləyir, evinə çörək aparır.

F. Cəlilov M. Mənsimova FETÖ-çü damğası vurulmasını doğru saymır: "Onun kiminləsə salamı olubsa və həmin adam FETÖ-çudursa, bunun onunla nə əlaqəsi var? Bu mənada Mübariz Mənsimovun keçdiyi həyat yolu insanların gözü qarşısındadır. Onun böyük-böyük gəmilərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını verməsi, hər yerdə Azərbaycanı dəstəkləməsi... Fikrimcə, onun gördüyü bu və digər müsbət işləri sadalamaqla qurtarmaq olmaz. Onun insanlara təmannasız yardımı az qala adama Zeynalabdin Tağıyevi xatırladır. Bu adamı on minlərlə insan sevir, ona hörmətlə yanaşırlar”.

Sabiq nazir qeyd edib ki, M. Mənsimov haqqında həbs qərarı verdirənlər bununla milyonlarla insanın ovqatını korlayıb.

F. Cəlilov əlavə edib ki, M. Mənsimovla bağlı problemin tezliklə həll ediləcəyinə inanır:

"Türkiyə bizə qardaş ölkədir, demokratik bir dövlətdir. Türkiyə ağrı çəkəndə biz də çəkirik, onun uğurlarına biz də sevinirik. Çünki bir xalqıq. Demokratik Türkiyədən ədalətli qərar çıxarılacağına əminəm. Amma bu nə qədər tez olsa, bir o qədər yaxşıdır. Milyonlarla insan Mübariz Mənsimovu işinin başında görmək istəyir”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az