
"Erməni tərəfi hərbi əməliyatların bərpasını bu və ya digər şəkildə reallaşdırmaq niyyətindədir. Məqsəd budur ki, hərbi əməliyyatlar bərpa olunsa, onların nəticəsindən asılı olamayaraq, Rusiya tərəfi ittiham olunacaq. Çünki Rusiya rəhbərliyi Paşinyanı qəbul etmir. Paşinyan isə istəyir ki, ittihamdan sonra hansısa əsasların üzərində Qərbyönümlü siyasətini həyata keçirsin. Ona görə, Qazax bölgəsindəki təxribartların məqsədi də aydındır. Bu istiqamətdə hərbi əməliyyatlar bərpa olunsa Paşinyan KTMT-nin üzvü olaraq, müraciət edəcək. Təbii ki, bu köməyi o almayacaq. Ona görə, bu şəkildə Rusiyanı və ittifaqın digər iştirakçılılarını ittiham edəcək.
Ona görə, fikir verin, digər istiqamətlərdə sakitlikdir. Amma Qazax sərhədində təxribatlar daim olur. Bunun isə dediyim kimi, əsas məqsədi hərbi əməliyyatların bərpasıdır. Paşinyan başa düşür ki, Azərbaycan Ordusundan güclü zərbə alacaq. Azərbaycan tərəfi hansı yüksəkliyi geri alsa Azərbyacanı da işğalçılıqda ittiham edəcək”.
Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, Qazax istiqamətindəki mövqelər strateji əhəmiyyət daşıyır və düşmənin təxribatlarının qarşısını almaq üçün Dövlət Sərhəd Xidmətinin əsgərləri həmin əraziləri bizim nəzarətimizə qaytarıblar:

"Qazaxın 7 kəndi hələ də erməni işğalındadır. Amma Dövlət Sərhəd Xidməti həmin əraziləri Müdafiə Nazirliyindən təhfil alandan sonra xeyli mühəndis istehkam işləri görüb və düşmən də bunu həzm edə bilmir.
Bundan bir müddət əvvəl mülki şəxsi şəhid etdilər. Düşmən də düşünürdü ki, Dövblət Sərhəd Xidmətinin döyüş təcrübəsi yoxdur. Amma onlar da yanıldılar. Dövlət Sərhəd Xidmətinin komandanı, müavinləri daimi olaraq əsgərlərin yanındadır və bütün məsələlər operativ həllini tapır. Buna baxmayaraq düşmən öz təxribatlarını davam etdirir. Orada quraşdırılmış xüsusi avadanlıqlar var ki, əsgərlərimiz onları daim nəzarətdə saxlayır, daim izləyirlər. O istiqamətdə sərhəd diviziyamız fəaliyyət göstərir və kifayət qədər hazırlıqlı əsgərləri var. Bu istiqamətdə düşmənin bir neçə tanınmış kəskin atıcısı məhv edilib. Bu snayperlər bir neçə Azərbaycan əsgərinin şəhid edilməsinə səbəb olublar. Bildiyim qədərilə düşmən snayperlərin məhv edilməsindən narahatdır və başqa snayper dəstələri cəlb ediblər. Amma onlar o qədər təhlükəli deyillər.
Düşmənin təxribartlarının ana xətti qorxu yaratmaq istəyidir. Amma Azərbaycan əsgərinə qarşı bunu bacara bilmirlər. Silahlarımız, avadanlıqlarımız müasirdir, əsgərlərimiz isə hazırlıqdır. Ona görə, bizim hər hansı narahatlığımız yoxdur”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ