Sabiq prezidentə həbs cəzası verildi
Misirin sabiq prezidenti Məhəmməd Mursinin məhkəmə prosesi başa çatıb.
Məhkəmə onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Məlumata görə, məhkəmə prosesi Misir televiziyası ilə canlı nümayiş etdirilib.
Qeyd edək ki, Qahirə məhkəməsi mayın 16-da 2011-ci ilin əvvəlində kütləvi etiraz günlərində həbsxanadan qaçmaqda ittiham edilən Mursi və digər şübhəli şəxslər barədə ilkin olaraq ölüm hökmü çıxarıb. Həmin hökmdən təqsirləndirilən şəxslər şikayət ediblər. /apa.az/
Miq.az