Şagirdi döyən idarə müdiri HƏBS edilib- Rüşvətxorluqda ittiham olunur

Şagirdi döyən idarə müdiri  HƏBS edilib- Rüşvətxorluqda ittiham olunur
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib.

APA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Rüfət Hacıyev 9-cu sinif şagirdini döydüyünə dair məlumat yayılmışdı. Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanmış hadisə ilə bağlı yayılan məlumatda bildirilmişdi ki, təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az