““Şahdəniz” yatağından çıxarılacaq qazın TANAP kəməri ilə nəqli daha realdır”

““Şahdəniz” yatağından çıxarılacaq qazın TANAP kəməri ilə nəqli daha realdır”

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağının işlənilməsinin 2-ci mərhələsində hasil olunacaq mavi yanacağın, çəkilməsi planlaşdırılan “Transanadolu” (TANAP) boru kəməri ilə Türkiyəyə nəql edilməsinə dair Azərbaycanla aparılan danışıqlar iyunun sonunda başa çatacaq və razılıq əldə olunacaqdır.

“Veteninfo.az”ın məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız İngiltərənin “Financial Times” qəzetinə verdiyi müsahibəsində deeyib. T.Yıldız qeyd edib ki, “Şahdəniz” yatağından çıxarılacaq qazın Avropa bazarlarına TANAP kəməri ilə nəqli daha realdır.

Nazir vurğuıayıb ki, bu layihə “Nabukko”ya alternativ deyildir. Yeni təklif olunan “Nabukko-Qərb” layihəsi də realdır. Layihənin necə adlandırılması əsas deyildir. Əsas odur ki, onu həyata keçirmək mümkün olsun.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az