İranda həbs olunan şairlər dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunur.
“Vətəninfo.az” xəbər verir ki, bu məlumatı həbs olunan şairlərdən birinin-Şəhriyar Hacızadənin atası Hacı Mail verib. Hacı Mail deyib ki, məhkəmədə bu ittahımın əsasız olduğu üzə çıxıb:
“Şahid ifadələri dinlənildi, uşaqlar da öz sözlərini dedilər. Açıq-aydın görünürdü ki, bu ittihamın heç bir əsası yoxdur”.
Şairlərin vəziyyəti haqqında danışan Hacı Mail onlara işgəncə verilmədiyini söyləyib:
“Şəhriyarla Fərid məhkəmədə dedilər ki, onlara məhbus kimi yox şair kimi baxıblar. Onlara heç bir işgəncə verilməyib. Özlərini pis hiss etmirlər. Ancaq yenə də təsəvvür edin, 3 aydır həbsdə yatan, qollarında qandal olan, Vətənindən, yaxınlarından uzaq düşən adam necə olar?”
Növbəti məhkəmənin bu ayın 14-də keçiriləcəyini söyləyən Hacı Mail ümidli danışıb: “Bizə çox yaxşı münasibət göstərdilər. Bundan başqa məhkəmənin gedişi məni ümidləndirib. Ola bilsin ki, uşaqlara 3 ay iş versinlər. Ümid edir və gözləyirik”.
Kulis.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?