Sanqaçaldakı partlayışda ölənlər var? - FHN açıqlama yaydı
Sanqaçaldakı partlayışda ölənlər var? - FHN açıqlama yaydı
Bakıda qaz kəmərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bildirib ki, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.
****
Criminal.az xəbər verir ki, Sanqaçal qəsəbəsində qaz borusu partlayıb. Ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.
Zavodda həyəcan siqnalı verilib.
Miq.az