Sayokan milli döyüş sənəti üzrə respublika turniri başa çatdı

Sayokan milli döyüş sənəti üzrə respublika turniri başa çatdı

17 fevral 2013-ci il Sumqayıt Paralimpia idman kompleksində “SAĞLAM GƏNCLİKLƏ XOŞBƏXT GƏLƏCƏYƏ DOĞRU” devizi altında Sayokan milli döyüş sənəti üzrə respublika turniri başa çatdı.


Turmirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Şəki, Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, Yevlax, Vaşaq klubu, “Azər Eyvazov adına Sayokan idman klubu” komandalarından ibarət 200 nəfər idmançı iştirak edirdi.Komandalar Sayokan döyüş sənətinin Alaqan və Baturalp döyüş sistemlərində mübarizə apardılar. Komanda hesabı üzrə Alaqan sistemi üzrə Suraxanı 1-ci yer, Fizuli 2 yer, Sabunçu 3 yer, Baturalp sistemi üzrə isə Binəqədi 1-ci yer, Neftçala 2 yer, Nərimanov 3 yeri qazandı.

Türnirə bir çox rəsmi qonaqlar dəvət olunmuşdu. Açılış Mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, “ Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov, Milli GHT forumunun İcracı direktoru Günel İbrahim, AZTV nin əməkdaşı, Ailə həkimi verlişinin aparıcısı Əli Nağıyev, Toylar kralı müsabiqəsinin qalibi, populyar müğənni Manaf Ağayev və s kimi dəyərli qonaqlar iştirak etdi. Bədii hissə zamanı isə, Mügənnilər Manaf Ağayev, Aybəniz Çələbi, Orxan Əliyev, Buta rəqs qrupu iştirak etdilər

Rəsmi açılış hissəsində A.S.D.N.M-nin 1-ci vitse-prezidenti Aqil Acalov tərəfindən Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin fəaliyyətini dəstəkləyən bütün rəsmiləri fəxri fərmanla təltif etdi.Sayokan Döyüş Federasiyası tərəfindən “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov isə “Fəxri üzv” Diplomuna layiq görüldü.

Vasif Namazov, A.S.D.N.M-nin 1-ci Vite-Prezidenti: « Federasiya olaraq yarışa çox ciddi yanaşmışdıq. Çox yüksək səviyyədə yarışı başa vurduq. Bizi sayıb gələn ictimaət nümayəndələri, bizim necə məsuliyyətli olmağımızdan xəbərdardılar. Məhs bünün üçündə Türk Xalqlarının milli Döyüş sənəti olan Sayokanı ölkəmizdə dəstəkləyən içtimai siyasi xadimlərin sayı artmaqdadır. Yarış əvvəlki yarışlarımızdan daha səviyyəli keçdi. Bu işdə müəllimlərin və hazırlanmış hakimlərin zəhməti danılmazdı. Hamıya dərin təşəkkürümü bildirirəm. Xüsusilədə milli döyüş sənəti Sayokana informasiya dəstəyi verən vətənpərvər media nümayəndələrinə»

Sayokan Mətbuat Xidməti

SAYOKAN ( Savaşcının Yolu və Kanı ). SAYOKAN ; " SAvaşçının (döyüşçünün) YOlu və KANı" cümləsindəki sözlərin baş hecalarının birləşdirilməsi anlamına gəlir. 

•SAvaşçı,döyüşçü sözu ilə necə döyüşçü olcağının yolunu, yəni ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyətini və intizamını ;

•YOLu sözü ilə ərdəmliliyi, barışı, çalışqanlığı, sevgini, hörməti tarixdəki böyüklərinin, adət və ənənələrini; 

•KANı, qanı sözü ilə də tarixdəki qəhrəmanların birliyini, davamiyətini məqsədi daşıyır.

•SAYOKAN-Dünya Türkləri' nin döyüş sənətidir. Ay tərəfindən (aypara) strategiyası, qurd qapanı oyunları ilə, Türkcə (oğuz və qıpçaq) anlayışları, milli terminləri ilə, qəhrəmanlıq oyunları ilə, Sayokanın ən üst dərəcədinfən ən aşağı dərəcəsinə qədər SAYOKAN içində yaşadılan adətiylə, fəaliyyətlərindəki Türk xalqları mədəniyyətinin yaşadılma səyləriylə, mədəni davranış intizamları ilə Türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir. 

•SAYOKAN, 1999-cu ildə əslən tatar türklərindən olan “Yabgu” Nihat İgid tərəfindən yaradılmışdır. Azərbaycanda olan fəaliyyətini, “Aybar” Vasif Namazovun sayəsində 2008-ci ildən başlamışdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az