Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirilməyə başlanıb.
“Vətəninfo.az” ın məlumatına görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, və keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteartrında Uşaq filmləri festivalı təşkil olunub. Daha sonra, uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, müşahidə ediblər. Keçirilən tədbir aztəminatlı ailələrdən olan uşaqların, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.
Qeyd edək ki, RİH tərəfindən bu istiqamətdə görülən işlər və keçirilən tədbirlər uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə yönəldilərək uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsi məqsədi daşıyır.
Könül İbrahim
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?