İcra Hakimiyyəti əlillərə bayram hədiyyəsi verdi
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Səbail rayonunda Novruz Bayramın geniş keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb və onun icrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram ərəfəsində keçirilən tədbirlərlə yanaşı rayonda yaşayan aztəminatlı ailələr də yadan çıxarılmayıb, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün ərzaq bağlamaları təşkil olunub. Rayonda keçirilən tədbirlərdən biri Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində təşkil olunan mərasim oldu. Mərasimdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, rayonun Qızıl Aypara, Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar Cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» Cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələri iştirak etdtlər. Bayram tədbirndə iştirakçıları Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev salamlayaraq onları sevimli Novruz Bayramı münasibəsi ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətinin xüsusi olduğunu vurğulayıb.Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Novruz Bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə Mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin iştirakı ilə sakinlər üçün əyləncəli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.