Səbail rayonunda Ümumdünya Sağlamlıq gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Səbail rayonunda Ümumdünya Sağlamlıq gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən hər il qeyd edilən Ümumdünya Sağlamlıq günü ilə əlaqədar Səbail rayonunun orta məktəblərində və bir sıra təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. 2015-ci ilin Ümumdünya Sağlamlıq gününün əsas mövzusunun «Qida təhlükəsizliyi» olması nəzərə alınaraq keçirilən tədbir, görüş və toplantılarda məhz bu məsələyə geniş fikir verilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Republika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tapşırıqlarına əsasən Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun 7 saylı orta məktəbində və 160 saylı Klassik Gimnaziyada Ümumdünya Sağlamlıq günü tədbirləri çərcivəsində maarifləndirici görüş-tədbir keçirilmişdir.Mərkəzin həkim qrupları  məktəblərin müxtəlif siniflərində olaraq uşaqlarla söhbətlər  aparmışlar. Söhbətlərdə sağlam qidalanmanın əsas qaydaları, ərzaq məhsullarının keyfiyyət və saxlama müddətinə fikir verilməsi, qəbul edilən mayenin miqdarı, yeməkdən sonra nə etməli, idmanla məşğulluq, sağlam həyat tərzinin təbliği və s. bu kimi mövzularda söhbətlər aparılmış, uşaqları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

Görüşlər zamanı həkimlər uşaqlara Sağlam və təhlükəsiz qidalanma, Qida mənşəli xəstəliklərin profilaktikası və s. mövzuları əhatə edən yaddaş kitabçaları paylanmışdır. Orta məktəblərlə yanaşı bu aksiya rayonun iri ticarət və iaşə müəssisələrindən biri olan Dənizkənarı Milli Parkda yerləşən və hər gün böyük sayda vətəndaşın gəldiyi «Park Bulvar» Ticarət və İstirahət Mərkəzində də keçirilmişdir.

Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri «Park Bulvar»da fəaliyyət göstərən iaşə obyektlərində  istirahət edən vətəndaşlar, xüsusilə yeniyetmə və gənclərlə görüşmüş, onlarla Qida təhlükəsizliyi ilə bağlı söhbətlər aparmış və Sağlam və təhlükəsiz qidalanma mövzusuna yaddaş kitabçaları və broşyuralar paylanmışdır.Həkimlər tərəfindən rayonun orta məktəblərində və iri  iaşə mərkəzlərində bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az