Seçiciləri deputatı axtarır - Məktub

Seçiciləri deputatı axtarır - Məktub

"Bilmirik dərdimizi kimə deyək"

VETENİNFO.AZ  saytının  təsiscisi və Baş Redaktoru  cənab Nahid Canbaxışlıya!

"44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat Hacı Salayevdən seçici narazılığı pik həddə çatıb. H.Salayev iki ildir ki, mandat daşımasına baxmayaraq, rəsmi tədbirlər çərçivəsində kiçik görüşlər istisna olmaqla seçicilərinin taleyi ilə qətiyyən maraqlanmır". Bu barədə məlumatı redaksiyamıza məlum səbəblərdən adının çəkilməsini istəməyən Sumqayıt sakinləri veriblər. Onların sözlərinə görə, deputatın onların problemləri ilə maraqlanmadığını görüb, özləri dəfələrlə H.Salayevlə görüşmək üçün Milli Məclisə getsələr də, buna nail olmayıblar: "10 km- lərlə artıq yol gəlib, öz deputatımızla görüşmək istəyirik. Ancaq hər dəfəsində bizi köməkçisi qəbul edir. Onun vasitəsilə etdiyimiz müraciətlərin isə heç bir nəticəsi olmur. Bilmirik ki, səs verib seçdiyimiz adam bizdən niyə qaçır. Məktubla etdiyimiz müraciətlərə də ya cavab verilmir, ya da cavabların əksəriyyəti mənfi olur".
Seçicilərin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da məlumat versələr də, heç bir nəticə verməyib: "Eldar müəllim, dedi ki, mənlik deyil. Bilmirik dərdimizi kimə deyək. Öz adımızla şikayət edəndə isə deputat hüquq-mühafizə orqanlarının əliylə bizə təzyiq edir, sözümüzü geri götürməyə məcbur edir."

Qeyd edək ki, Hacı Salayev Milli Məclisdə "Avropa Qapıları"nın sahibi Baba Tağıyevi əvəz edir. 

redaksiyamıza ünvanlanan məktubla bağlı millət vəkili Hacı Salayevin mövqeyin dətəqdim etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az