“Sədərək”dən inanılmaz: giriş 3 manat oldu

“Sədərək”dən inanılmaz: giriş 3 manat oldu


"Sədərək" Ticarət Mərkəzində çalışan taksilərin bazara giriş qiyməti 3 manata qaldırılıb.

Bu barədə Axar.az-a ticarət mərkəzində çalışan taksi sürücüləri məlumat verib. Qiymətin qaldırılmasının sabahdan etibarən tətbiq ediləcəyi bildirilib, bu gündən isə ərazidə çalışan taksilər qeydiyyata alınıb.

Qeyd edilir ki, taksi sürücüləri giriş haqqı ilə yanaşı, ticarət mərkəzinin çıxışında da 50 qəpik ödəniş etməlidirlər.

Məsələ ilə bağlı "Sədərək" Ticarət Mərkəzindən rəsmi açıqlama almaq mümkün olmayıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az