Şəhid ailələrinə daha bir güzəşt

Şəhid ailələrinə daha bir güzəşt
Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunurlar.

Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 3-cü (Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları) maddəsinə əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərini təhsil haqqını ödəməkdən azad olunurlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib. /APA.az/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az