Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Vətən müharibəsinin şəhidi Vüqar Zamanovun atası İsmayıl Zamanov dünyasını dəyişib.

Miq.Az xəbər verir ki, onun yaxınları məlumat verib.

İsmayıl Zamanov ölümündən qabaq, "60 il yaşamışam, hər şeyə dözmüşəm, ancaq övlad dərdinə dözmək olmur” deyib.

Qeyd edək ki, Vüqar Zamanov noyabrın 5-də Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda”, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Şəhidin məzarı Horadiz şəhər qəbiristanlığındadır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az