Şəhid əsgərimizlə yaşadığı kənddə vida mərasimi keçiriləcək - FOTO

Şəhid əsgərimizlə yaşadığı kənddə vida mərasimi keçiriləcək - FOTO

Bu gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu sabah Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.

Martın 6-da şəhidlə ailəsinin yaşadığı kənddə vida mərasimi keçiriləcək.

Mərasimdən sonra şəhid kənd qəbiristanlıqda torpağa tapşırılacaq.

Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.

Qeyd edək ki, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az