Şəhid şeir

Şəhid şeir

Cəbhədə balası ölən
bütün analar şəhiddi!..

...Şəhiddi - o qızın barmaqları,
o qızın barmağındakı nişan üzüyü!..

Şəhiddi - həlak olmuş əsgərin 
cibindən tapılan sevgi məktubu...

Şəhiddi
göz yaşı
qan kimi damcılayan yetim qalmış o arzu!

...Bir cüt qərənfil qoyun bu şeirin üstünə,-
Bu şeir də şəhiddi!..

Əlizadə Nuri
 
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az