Şəhidimizin nəşi Bakıya belə yola salındı - Azərbaycan AYAQ ÜSTƏ...

Şəhidimizin nəşi Bakıya belə yola salındı - Azərbaycan AYAQ ÜSTƏ...

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşi artıq Bakıdadır

Miq.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olan əsgər Qurbanov Çingiz Salman oğlunun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.
 
Onun nəşini gətirən avtomobil karvanına qarşılamaq üçün respublikanın müxtəlif rayonlarında insanlar yola kənarına çıxaraq şəhidə ehtiramlarını nümayiş etdiriblər. Sosial şəbəkələrdə yayılan fotolarda hətta hərbçilərin fəxri qarovulda düzüldüyü görünür. 

Əsgərin nəşi fevralın 5-də geri qaytarılıb. Ali Baş Komandan İlham Əliyevin səyi, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Çingizin nəşi Bakıya belə yola salındı - Fotolar
Çingizin nəşi Bakıya belə yola salındı - Fotolar
Çingizin nəşi Bakıya belə yola salındı - Fotolar
Çingizin nəşi Bakıya belə yola salındı - Fotolar

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az