Şəhidimizin ordeni ailəsinə təqdim edildi - Foto
Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilot mayor Təbriz Musazadənin qırx mərasimi keçirilir.
Mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-mayor Ramiz Tahirov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edir.
HHQ komandanı general-mayor Ramiz Tahirov "Azərbaycan bayrağı” ordenini şəhidin atası Taryel Musazadəyə təqdim edib.
Xatırladaq ki, şəhid Təbriz Musazadə ikinci Fəxri xiyabanda dəfn edilib. /Report.az/
Miq.az