Şəhidin adına cərimə protokolu göndərilib? - DİN-dən AÇIQLAMA

Şəhidin adına cərimə protokolu göndərilib? - DİN-dən AÇIQLAMA

Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Miq.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik  onun adına tərtib edillib:

"Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az