Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.
Bu barədə Miq.az-a Nazirlikdən məlumat verilib.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəhid ailələrinə yüksək qayğısının növbəti təzahürü olan 2018-ci il 19 aprel tarixli fərmanın icrası olaraq şəhid hərbi quluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması üçün ötən dövrdə müvafiq işlərin görülməsi təmin olunub. Nazir qeyd edib ki, bu istiqamətdə mühüm addım kimi birdəfəlik ödəmənin çevik, şəffaf, sənədlərin "bir pəncərə” əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Şəffaflıq üçün vacib məqamlardan biri kimi, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilib.
S.Babayev qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələri Nazirliyin saytında cari ilin 9 oktyabr tarixindən fəaliyyətə başlayan "Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. Bu bölmə vasitəsilə şəhid hərbi qulluqçulardan bu günədək artıq 96 faizinin vərəsələri birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib və notariat kontorlarında onlardan sənədlər qəbul olunur. Qəbul olunmuş sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.
İclasda birdəfəlik ödəmənin verilməsi ilə bağlı notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş və Nazirliyə təqdim edilmiş sənədlərin müvafiq işçi qrupu tərəfindən təhlil olunduğu, hər hansısa sənədlərdə çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlərin aparıldığı qeyd olunub.
İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində digər vərəsələr üzrə də notariat kontorları tərəfindən göndərilmiş sənədlərin araşdırılması və təhlili işləri davam etdiriir.
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
Tahir Kərimli: “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi”
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ