Səkkiz ay əvvəl itkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO
Vətən Müharibəsində itkin düşın daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Miq.Az xəbər verir ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aprelin 29-da aşkarlanıb.
1997-ci il təvəllüdlü şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan şəhidimiz nişanlı imiş...
Şəhidin nəşi bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Miq.Az