Şəlaləyə körpüdən baxmaq pulludur - “Xal-xal” istirahət mərkəzindən açıqlama

Şəlaləyə körpüdən baxmaq pulludur - “Xal-xal” istirahət mərkəzindən açıqlama
Oğuzun "Xal-xal” istirahət mərkəzində şəlalənin ödənişli olması ilə bağlı videogörüntü yayılıb.

Videogörüntüdə istirahətə gələnlərdən "Xal-xal” şəlaləsinə yaxından baxması üçün 1 manat 20 qəpik pul ödənilməsi tələb olunur. Mərkəzin bu tələbi narazılığa səbəb olub.
"Xal- xal” istirahət mərkəzinin məsul işçisi Yunis İskəndərov AzNews.az-a açıqlamasında bildirib ki, obyektdə şəlaləyə yaxından baxmaq üçün körpüdən istifadə edənlərdən bir manat tələb edilir:
"Biz istirahət mərkəzində şəxsi maliyyəmiz hesabına körpü salmışıq. Körpü pulludur. Körpüdən şəlalə daha aydın görünür. Körpüyə çıxan hər bir şəxs bir manat ödəməlidir. Amma bəzi adamlar bu pulu ödəmək istəmirdilər. Bəzi adamlar qayığa minib düşəndə pul vermək istəmirlər. Şəlalənin hər tərəfində minlərlə adam var. Onların hər biri şəlalənin yanında şərbəst şəkil çəkdirir. Amma körpüyə çıxmaq üçün 1 manat ödənməlidir”.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az