Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: Harınlamış uşaq deyiləm

Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: Harınlamış uşaq deyiləm
Xəbər verdiyimiz kimi, Şəmkirdə daha bir səs-küylü toy mərasimi keçirilib.

Miq.az-ın baku.ws-ə istinadən məlumatına görə, həmin dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib: "Burada nə var ki?! Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də... Dəbdəbəli yox, normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”.

O, Mustafa Cecelinin əmisi tərəfindən toya dəvət edilməsi iddiası haqda da danışıb: "Atamla əmim mənim üçün eyni adamlardır. Atam, mən və əmim bir yerdə işləyirik”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az