Şəmkirdə vəhşilik: qadını döyüb, gözünə kimyəvi maddə səpdilər

Şəmkirdə vəhşilik: qadını döyüb, gözünə kimyəvi maddə səpdilər
Şəmkirdə qadın döyülüb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az