Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun vəzifədən çıxarılması gündəmə gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə JAM.AZ-a rayon İcra Hakimiyyətindəki mənbədən məlumat daxil olub.
Mənbə
bildirir ki, adı müxtəlif qalmaqallarda hallanan Məmmədovun Sumqayıta
başçı gəlmək fikri olub və bunun üçün xeyli çalışıb. Amma Eldar Əzizov
və onu himayə edən klan Alimpaşa Məmmədova böyük əngəl yaradıb. Hətta
vəziyyət o həddə çatıb ki, icra başçısının keçmişi ilə bağlı bütün
kompromatlardan istifadə olunub, onunla bağlı dövlət rəhbərliyinə ilginc
məlumatlar verilib.
Mənbə bildirir ki, artıq
bir həftədir ki, icra başçısı ciddi narahatçılıq keçirir və bunu
başqalarından da gizlətmir: "O, ciddi təzyiq və müdaxilələrə məruz
qaldığını deyir. Ola bilsin ki, yaxın günlərdə İcra Hakimiyyətinə və
rayona yoxlamalar göndərilsin".
Məlumata görə,
ölkə başçının dəfələrlə Şəmkirin sosial inkişafı üçün ayırdığı maliyyə
vəsaitlərinin də düzgün xərclənmədiyi, böyük məbləğdə yeyinti
faktlarının olduğu üzə çıxıb: "Bu da Alimpaşa Məmmədovu ciddi şəkildə
qorxuya salıb. Çünki o, ölkə başçısının onunla bağlı sərəncamını hər an
gözlyir".
Qeyd edək ki, Alimpaşa Məmmədov ötən
ilin oktyabr ayında Şəmkirə icra başçısı təyin olunub. Bu təyinatadək
Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi
vəzifəsində işləmiş A.Məmmədov vergilər naziri Fazil Məmmədovun "vuran
əli” hesab olunub. Belə ki, zamanında barəsində cinayət işi başlanmış bu
məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən
"sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan
Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi
vəzifəsinə təyin edilmişdi. A.Məmmədov əvvəllər isə Salyan və Şəmkir
vergi idarələrinin rəisi olub. Görünən odur ki, Şəmkirin icra başçısı
postu Məmmədovun karyerasının son pilləsidir və onunla bağlı artıq qərar
verilib.
Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ