Hava limanında 1 kq paxlava 30 Avro-ŞOK QİYMƏT
Vətəninfo.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin hava limanlarında duty free (Rüsumsuz) deyilən bölmədə satılan malların qiymətləri çox aşağı olduğundan və gömrük rüsumuna daxil edilmədiyindən sərnişinlər daha çox hədiyələri məhz bu bölmədən alırlar. Azərbaycan Hava Yollarında isə bu tərsinədi. Misal üçün duty free (rüsumsuz) bölmədə satılan mallar od tutub yanır. bu günlərdə qeyd edilən bölmədə getdiyi ölkəyə hədiyyə olaraq Azərbaycan paxlavası alıb aparmaq istəyən şəx gördüklərinə inanmayıb. Belə ki, iki ədəd paketlənmiş paxlava sifariş edən vətəndaşa 60 Avro ödəməli olduğun bildiriblər. Yəni kiçik bir bağlana içərisində olan paxlavanın qiyməti 30 Avro.
Qiymətin belə olduğun görən vətəndaş məcburən gedəcəyi ölkəyə hədiyyə götürmədən gedib. Maraqlıdır paytaxta paxlavanın 1 kq-ı 8-10 manat olduğu halda AZAL rəhbərli duty free deyilən bölmədə 1 kq paxlavanı 30 Avro-ya hansı məntiqlə satılmasına izin verə bilir.
Vətəninfo.az