İcra başçısının oğlunun qaçma xəbəri yalan çıxdı

İcra başçısının oğlunun qaçma xəbəri yalan çıxdı
 Raqub Məmmədov: "Oğlum Bakıdadı"
 
Vətəninfo.az xəbər verir ki, PATRIOT.AZ-a Ağdam Rayon İçra hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədovla bağlı məlumat yayımlayıb və  məlumatda bildirilir ki, adı müxtəlif qalmaqallarda hallanan məmur oğlunun fəaliyyəti Prezident Adminstrasiyasında da diqqət çəkib və onunla bağlı bəzi çevrələrdə müzakirələr aparılıb. Bu da Raqub Məmmədovu ciddi narahat edib. Ona görə də qabaqlayıcı tədbirlər görməyə başlayıb.Məlumatda qeyd edilir ki, icra başçısı öncə oğlunu rayondan uzaqlaşdırıb. Daha sonra onun xarici ölkələrdən birinə istirahətə getməsini təşkil edib. Bununla da o, oğlu ilə bağlı yayılan məlumatların yalan olduğunu göstərməyə çalışır. Məmmədov hesab edir ki, yuxarı dairələrə oğlunun hazırda Azərbaycanda olmadığını deməklə yaranmış çətin durumu həll edə bilər. "Amma artıq gecdir və Məmmədovun bu planından hər kəsin xəbəri var. O, nə qədər gizlətməyə çalışsa da, oğlu ilə bağlı faktlar artıq müzakirələrə səbəb olub", - məbə bildirir.
Yayılan xəbərlə bağlı Vətəninfo.az-a danışan Ağdam rayon İH-nin başçısı Raqub Məmmədov bildirib ki, oğlu ilə bağlı yayılan xəbərlər əsassızdır və məlumatı yayan medianı məhkəməyə verəcək.
-Oğlum Bakıdadır və öz işində işləyir.
Raqub müəllim, dediniz oğlunuz Bakıdadı və işinin icra edir.Mümkündürmü deyəsiniz oğlunuz Bakıda harda işləyir?
-Oğlum Bakıda Suraxanı rayon İcra Hakimiyyətində işləyir.
Yəni deyirsiniz ki,oğlunuz ölkədən çıxmayıb?
-Bəli oğlum  ölkədən kənara çıxmayıb. Bunu yazanlarla bağlı hüquqi müstəvidə işi aparacam görüm mənə sübut etsinlər ki,oğlum nə vaxt hara və hansı ölkəyə gedibb. Ona görə də çox təssüflə qeyd etməliyəm ki, ölkəmizdə söz və mətbuat azadlığından yararlanan müəyyən KİV-ri hansısa media qurumunun yayımladığı yalan,əsassız məlumatı onlarda istinadla yayımlayırlar. Zəng edib məsələnin mahiyyətini öyrənsələr əminəm ki,özünə hörmət edən media belə bir əsassız xəbəri yayımlamaz. Məlumatı yayımlayan saytla bağlı ölçü götürülməsi ilə bağlı hüquqi müstəvidə bütün addımlar atılacaqdır.
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az