YAP fövqaladə iclas keçirəcək-SABAH
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası sabah səhər satlarında Fövqaladə iclasa toplaşacaq. Məlumata görə,keçiriləcək iclasın əsas ana başlığı qarşıdakı parlamet seçkiləri və YAP-nın seçkilərdə iştirak edəcək namizədlərinin ilkin müəyyənləşməsidir. YAP-na yaxın mənbələr bildirir ki, YAP-nın Siyasi Şurasının əsas üzvüləri qarşıdakı seçkidə partiyanın maraqlarını doğru və düşünülmüş şəkildə müdafiə etməyi bacaran şəxslərin seçilməsi üçün ciddi müzakirələr aparacaqlar. Məlumata görə, ötən seçkilərdə Fətullah Gülən camaatına xidmət edənlərin parlamentə düşməsindən, madat alveri ilə məşğul olan bəzi millət əvkillərinin hərəkətlərindən əməlli-başlı rahatsız olan YAP rəsmiləri,bu seçkilərdə namizədlərin seçilməsinə daha həssas yanaşacaqlar.
Vətəninfo.az