Zərdabın millət vəkili-DƏYİŞİR

Zərdabın millət vəkili-DƏYİŞİR
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, qarşıdakı parlamet seçkilərində Zərdab rayonunun millət vəkili dəyişə bilər.Məlumata görə, hazırda Zərdab rayonunu təmsil edən Jalə Əliyevanın yerinə, AXCP-dən ayrılan Razi Nurullayev bu bölgənin yeni millət vəkili ola bilər.Məlumata görə, bir sıra rayonların millət vəkilləri dəyişəcək və bu rayonlardan biri də Zərdab rayonudu.Razi Nurullayevin son siyasi həmləsi onun qarşıdakı parlamet seçkilərində yolunun açıldığın göstərir. Müəyyən siyasi dairələrdən sızan məlumata görə, Razi Nurullayevə Zərdabdan namizədliyin irəli sürməsi təklifin edib. Jalə  Əliyevaya gəlincə onun rayon rəhbərliyi ilə "Limoni" münasibətləri və iki dönəm millət vəkili olması səbəbindən yenidən Zərdab rayonundan millət vəkili olması ehtimalını azaltmaqdadır.
 
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az